28 Noyabr 2019 16:41
375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev "Şamaxı rayonunda xidmət infrastrukturunun texniki təminatının gücləndirilməsi haqqında" sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, sərəncamla Şamaxı rayonunda məişət tullantılarının daşınması və utilizasiyası, yolların təmizlənməsi, ictimai nəqliyyat xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşdirilməsi üçün texnika və avadanlıq alınması məqsədilə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 7 milyon manatı Şamaxı Rayon İcra Hakimiyyətinə ayrılıb.

***

Prezident İlham Əliyev Şamaxı rayonunun Bakı-Şamaxı-Yevlax (115 km)-Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Teleqraf.com-un məlumatına görə, sərəncamla dörd min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Bakı-Şamaxı-Yevlax (115 km)-Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.


Müəllif: Teleqraf.com