Nazirlər Kabineti Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasını müəyyən edib.
Teleqraf.com xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması 16 kvadratmetr müəyyən olunub.
Bu norma Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq müəyyən edilib.