2 Dekabr 2019 14:21
1 685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün xalq artisti Aygün Kazımovanın qardaşı Kazımov Kazım Ələsgər oğlunun Təzə Pir məscidində yas mərasimi keçirilir.

Teleqraf.com xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran məlumat verib:

“İtkiləri sevmirəm. Ağırdır, üzücüdür. İnsan toparlana bilmir. Xüsusən də bu, doğma, əziz insanın itkisi olanda, adam özünə çətin gəlir. Aldığım bir xəbərdən çox üzüldüm. Xalq artisti, səhnəmizin pop-divası Aygün Kazımovanın qardaşı dünyasını dəyişib. Məkanı cənnət olsun. Əzizim Aygün, bu ağır günlərdə yanındayıq. Dərdinə şərik, qəminə ortağıq. Sənə dərin hüznlə baş sağlığı verir, səbr diləyirəm”.

Qeyd edək ki, xalq artistinin qardaşı xərçəng xəstəliyindən əziyyət çəkib.


Müəllif: Rəqsanə Həsənova