2 Dekabr 2019 17:25
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Libraff” mağazalar şəbəkəsi bağlanmır.

Axar.az xəbər verir ki, bunu “Libraff” mağazalar şəbəkəsinin direktoru Cəlalə Nəzəroğlu qeyd edib. O, “Libraff”ın yeni strategiyaya keçdiyini söyləyib:

“Yalnız “Bravo” marketin içərisində olan mağazaları bağlamışıq. Yeni strategiyamıza əsasən, marketlərdə kitab mağazaları saxlamayacağıq. Təcrübə göstərdi ki, marketə girən müştəri kitab almağa meyilli olmur. Bu biznesdir - hər zaman uyğun addımlar atmaq lazımdır. Bağladığımız mağazaların əvəzində şəhərin iki ən yaxşı yerində böyük və yüksək səviyyəli mağaza açacağıq”.

Qeyd edək ki, sosial şəbəkələrdə və mediada “Libraff”ın iki mağazasının bağlanması, yaxın günlərdə digər mağazaların da bağlanacağı ilə bağlı məlumatlar yayılmışdı.


Müəllif: Teleqraf.com