2 Dekabr 2019 21:37
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçı Səxavət Sahilin “Nar ağacının nəğmələri” adlı şeirləri kitabı işıq üzü görüb.

Teleqraf.com xəbər verir ki, kitab Azərbaycan Yazıçılar Birliyi və "Ulduz” jurnalının birgə layihəsi olan “Ulduzlu nəşrlər” seriyasından çap olunub.

Kitabda müəllifin nar silsiləsindən olan şeirləri toplanıb. Hər bir şeirdə nar və onun nəsnələri müxtəlif formada əksini tapıb. Misralarda öz «qabığından” çıxaraq maddi və qeyri-maddi obrazlara köçən nar, çiçəklər, budaqlar, dənələr bəzən də şərab kimi cilddən-cildə düşərək ayrı-ayrı biçimdə təzahür edir, insanın, təbiətin və dünyanın rəmzi kimi çoxmənalı ifadələrə çevrilir.

“Təhsil” nəşriyyatında çap olunan kitabın redaktoru Rəbiqə Nazimqızı, ”Uduzlu nəşrlər” layihəsinin rəhbəri Qulu Ağsəsdir.

Kitab müəlifin sayca 3-cü kitabıdır, bunda əvvəl onun ”Hər zaman və heç vaxt” şeirlər və ”İsanın qadını” romanı işıq üzü görüb.

Müəllifin yeni kitabını ”Ulduz” jurnalının noyabr sayı ilə birlikdə köşklərdən əldə etmək olar.


Müəllif: Mənsur Rəğbətoğlu