5 Dekabr 2019 14:33
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz artıq Fərəh xanımla görüş keçirmişik. Ümumi istiqamətlər müəyyənləşib. Çox düzgün qeyd edirsiniz ki, Prezident Administrasiyasında aparılan struktur dəyişikliyi ilə müvafiq şöbədə bir sıra istiqamətlər cəmləşib.

Bunu keçirdiyi mətbuat konfransında Teleqraf.com saytı əməkdaşının sualını cavablandıran Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.

O qeyd edib ki, dövlət komitəsi necə işləyirsə, bundan sonra da öz işini elə davam etdirəcək:

“İsraildə Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı sualınıza cavab olaraq deməliyəm ki, biz bu yaxınlarda İsraildən qayıtmışıq. Bizim orada 3 təşkilatımız fəaliyyət göstərir. Azİz təşkilatının sədri Lev Spivakdır. Akko Azərbaycan Evinə Şirin Nexamiya Mixaeli rəhbərlik edir. Üçüncü təşkilat “Şahdağ” cəmiyyətidir. Hər üçü ilə görüşlər keçirmişik. Bütün məsələlər müzakirə olunub. Biz orada heç bir ciddi problem görmürük”.

F.Muradov Azərbaycanda fəaliyyət göstərən diaspor-icma təşkilatları ilə də işlədiklərini, onlarla görüşdüklərini vurğulayılb:

“İstər rus, istər Ukrayna, istərsə də digər icmalarla bu işləri görürük. Onlara da lazımi dəstək verməyə hazırıq”.

Qeyd edik ki, Prezident Administrasiyasında aparılan son struktur dəyişikliyindən sonra administrasiyanın millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi ləğv edilib. Onun səlahiyyətlərinin bəziləri yenidən təşkil olunan Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinə verilib. Fərəh Əliyeva şöbənin müdiri təyin olunub.


Müəllif: Səxavət