5 Dekabr 2019 15:18
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qastroenterit (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılan iki tələbə qızın müalicəsi başa çatıb.

Səhiyyə nazirliyinsdən Teleqraf.com-a verilən məlumata görə, onlar evə buraxılıblar.

Qeyd edək ki, 3 dekabr tarixində kirayə qaldıqları evdə vəziyyəti pisləşən tələbələr mədə-bağırsaq iltihabı diaqnozu ilə xəstəxanaya yerlədirilib.


Müəllif: Aysel Azad