19 Sentyabr 2014 22:23
1 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

18 sentyabr 2014-cü il tarixində mətbuatda saytında Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının əməkdaşı Zoya Süleymanovanın müraciəti ilə əlaqədar nəzərinizə çatdırırıq ki, müraciətdə deyilən fikirlər həqiqəti əks etdirmir.

2000-ci ildən fəaliyyət göstərən AMİ-nin Mingəçevir filialına 2014/2015-ci tədris ilində qəbulun verilməməsi, fərdi maliyyələşmə prinsipi ilə idarə olunan filialda struktur dəyişkiliyinin həyata keçirilməsini labüd edir.

Filialda kitabxanaçı ştatında işləyən Z.Süleymanova 1997-ci ildə Mingəçevir Politexnik İnstitutunun “Mühəndis iqtisadiyyatı” ixtisasını bakalavr pilləsi üzrə bitirmişdir. İşlədiyi müddətdə hazırkı rəhbərliklə heç bir münaqişəsi olmamışdır. Buna görə də hesab edirik ki, birdən-birə Z.Süleymanovanın belə bir “kəskin emosiyalı” çıxışı xüsusi sifarişdən başqa bir şey deyildir. Kitabxana müdiri Solmaz Əliyevanın bu məsələ ilə əlaqədar məlumatında bildirir:” Bu il filiala tələbə qəbulunun olmaması ilə bağlı ixtisarların olması ehtimalı var. Filialın profilinə uyğun gəlməyən lərdən öz ixtisasına iş tapanlar olsa, bu yaranmış çətinliyi aradan qaldırmağa xeyli kömək edər. ”. Z.Süleymanova növbəti əmək məzuniyyətində olduğu üçün onunla telefon əlaqəsi saxlayan S.Əliyeva söhbət əsnasında kitabxana strukturunda da dəyişiklik ola biləcəyini demişdir. Lakin konkret ad çəkilməmişdir.

Müraciətdə əvvəlki rəhbərliklə bağlı söylənilən fikirlər haqqında onu qeyd etmək olar ki, “bunu “ arxadan atılmış daşa bənzətmək olar. Əgər Z.Süleymanovanın hüquqları 2008-ci ildə pozulmuşdusa, nəyə görə o, məhz indi öz hüquqlarını müdafiə etmək fikirinə düşür? Müraciətdən görünür ki, burada əsas məqsəd ixtisarla bağlı “həyəcan” hissini büruzə vermək deyil, filialda qarışıqlıq yaratmaq cəhdidir.Z. Süleymanova özü də bilmədən bu cəhdin növbəti qurbanı olmuşdur. Əlavə olaraq qeyd etmək istərdik ki, Zoya Sülemanovanın sosial vəziyyətini daha da yaxşılaşdırmaq məqsədilə son bir il ərzində 4 dəfə (230 manat məbləğində) ona maddi yardım edilmiş və hər ay ona əmək əmək haqqına 30 manat məbləğndə əlavə maaş verilir. Məhz ailə vəziyyətindəki çətinliyə görə ona həmişə xüsusi diqqət yetirilmişdir.

Hal-hazırda filialda mövcud olan işgüzar mühit, şəffaflıq, səmərəli tədris fəaliyyəti bu “sifarişli süjetdə” filialın və onun hazırki rəhbərliyinin ünvanına deyilənləri tam təkzib edir. Biz filialımızın ünvanına deyilən bu məsuliyyətsiz fikirlərdən çox narahatıq. Bunu filialda görülən müsbət işlərə qara yaxmaq, kollektivin birliyini pozmaq, müəyyən dairələrdə fikir çaşqınlığı yaratmaq cəhdi kimi qiymətləndiririk və filialımız haqqında məsuliyyətsiz bəyanatların efirə verilməsinə qəti etirazımızı bldiririk.


Müəllif:

Oxşar xəbərlər