5 Dekabr 2019 18:37
380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxı rayonuna səfərə gəlib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov rayonda görülmüş işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.

Dövlətimizin başçısı müvafiq tapşırıqlarını verdi.


Müəllif: Teleqraf.com