7 Dekabr 2019 12:53
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Gürcüstan birgə ali məktəbi Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşəcək.

Bu barədə Teleqraf.com-a Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu təhsil müəssisəsində istənilən xarici ölkənin vətəndaşı təhsil ala biləcək: "Burada kimlərinsə təhsil almasına məhdudiyyətlər qoyulmayacaq. Amma, əsasən, Gürcüstanda Azərbaycan icmasından olan tələbələr təhsil alacaq".


Müəllif: Teleqraf.com