8 Dekabr 2019 23:44
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtalyandilli portalda dünyanın ən maraqlı dizayna malik qeyri-adi altı aeroportu barədə məqalə dərc olunub.

Teleqraf.com xəbər verir ki, dünyanın ən məşhurları sırasında Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunun adı da var. Qeyd olunub ki, Heydər Əliyev Beynəlxalq Aeroportu Azərbaycanın və Qafqazın ən işlək hava limanıdır.

Maraqlı həndəsi quruluşa və kosmik fəzanı andıran dizayna malik interyer ilə bu aeroportun ABŞ-ın Con Kennedi, Berlinin Tempelxof, Pekinin Dasin kimi yüksək standartlı hava limanları ilə rəqabət apara biləcəyi vurğulanır.


Müəllif: Teleqraf.com