9 Dekabr 2019 23:13
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1948-ci il təvəllüdlü Kərimova Həqiqət Əsədulla qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: Teleqraf.com