10 Dekabr 2019 14:12
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrdan Bakı Mətbuat Klubunun saytı fəaliyyətə başlayıb, işimizi bir qədər genişləndirməyi. Onu yenidən dirçəltməyi fikirləşirik, amma ilkin mərhələdir, ilin sonuna qədər gözlənilmir. Təzə bölmələrin yaradılması, yeni istiqamətlərdə işlərin genişləndirilməsi ilə bağlı təxminən 2020-ci ilin fevralında müəyyən planlarımız var.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “Yeni Nəsil” Jurnalistlərn Biliyinin sədri Arif Əliyev yeni media layihələrinin yaradılması haqda yayılan informasiyalar haqda danışarkən deyib.

Bakı Mətbuat Klubunun əvvəlki formatda fəaliyyətinin bərpasına çalışdıqlarını deyən Arif Əliyev qeyd edib ki, indiki mərhələdə maliyyəyə ehtiyac var: “Saytın fəaliyyəti üçün bir-iki otaq, bir neçə əməkdaş kifayət edir, amma Press Klub üçün yerin, binanın tapılması önəmlidir. İndi öhdəsindən gələcəyimiz məsələ deyil.

Bakı Mətbuat Klubu jurnalistlərin evi idi, media daimi mətbuat konfranslarında iştirak edə bilirdi, məlumatlar, gəlib özünə lazım olan köməyi əldə edirdi, texniki, bəzən məsləhətlə kömək alırdı. Press Klubun xüsusi kafesi vardı ki, jurnalistlər orada qonaqlarını qəbul edə bilirdilər”.

Arif Əliyev vurğulayıb ki, Bakı Mətbuat Klubunun yeri 2000-ci ilin əvvəllərindən görünür: “Amma indiki mərhələdə asan məsələ deyil. Kadr sarıdan çətinlik çəkmirik, onun təşkilində böyük təcrübə, beynəlxalq əlaqələr var, lakin bütün işlər maliyyə məsələlərinə bağlıdır. O zaman bizim əl uzatmaq ehtiyacımız yox idi, Azərbaycan mediası güclü idi, Bakı Mətbuat Klubunun yaradılmasında maliyyəni altı-yeddi KİV, jurnalist təşkilatı birləşib özləri ödəmişdilər, buna imkan var idi.

Hər təsisçi lazım olanda ortaya vəsait qoya bilirdi, Press Klub onun hesabına formalaşmışdı. Amma indiki mərhələdə KİV-lərin, heç jurnalist təşkilatlarının da ona imkanı yoxdur, ona görə də bu fəaliyyəti təzədən dirçəltmək üçün artıq kənardan maliyyə mənbələrinə çıxış tapmaq lazımdır”.


Müəllif: Nərgiz