Oksitosin beynində istehsal edilən, əsasən çoxalma ilə əlaqəli hormondur.
Teleqraf.com xəbər verir ki, doğuşdan əvvəl və sonra yüksək miqdarda oksitosin ifraz olunur.
Digər dövrlərdə həm kişilərdə, həm də qadınlarda beyindən ifraz olunur. Oksitosin doğuşdan sonra ana davranışını təmin edən hormondur.
Digər vaxtlarda, həyat yoldaşları arasında güvən, sədaqət, sevgi, sosiallaşma qarşı tərəfi anlamaq kimi hissləri təmin edir. Bu hormonun azlığı zamanı özünə inamsızlıq, etibarsızlıq, cəmiyyətdən kənarlaşma, psixoloji pozğunluq, yalana meylik kimi hallar artır.
Gündəlik həyatda oksitosin ifrazını artırmağın ən asan yolu qucaqlaşmaqdır.
Qucaqlaşmağın 20 faydası:
1. Xoşbəxt olmağın ən asan yoludur.
2. Özümüzü təhlükəsiz hiss edirik. Həyatla daha asan mübarizə aparırıq.
3. Etibar edirik. Dostumuzu, həyat yoldaşımızı, uşağımızın özünə inamını artırırıq.
4. Ünsiyyətcil oluruq. Anlamaq və ya başa düşmək daha da asanlaşır.
5. Narahatlığımız azalır. Qarşımızdakı şəxsi sakitləşdirə bilirik.
6. Daha çox sosial oluruq. Cəmiyyətdə özümüzü daha rahat hiss edirik.
7. Daha az əsəbləşəcəyik. Stressdən uzaq oluruq.
8. Rahat yatırıq və daha gümrah oyanırıq. Yeni daha gözəl başlayırıq.
9. Doğmalarımıza qarşı daha mühafizəkar oluruq.
10. Daha çox qayğıkeş oluruq.
11. Özümüzü rahat hiss edirik.
12. Dostumuza, həyat yoldaşımıza və uşağımıza olan bağlılığımız artır. Sədaqət hissini artırır.
13. Münasibətlərimizi daha səmimi edir və yalan danışmaqdan uzaqlaşdırır.
14. Daha rahat bir hamiləlik dövrü yaşanır.
15. Doğuşdan sonrakı depressiyanın qarşısını alır və sonrakı dövrü rahat keçirməyə imkan verir. Südün gəlməsini asanlaşdırır.
16. Cinsi həyatı daha keyfiyyətli edir.
17. Həyat yoldaşımızı daha cəlbedici görməyimizə səbəb olur.
18. Münasibətlərimizdəki münaqişə və mübahisələrdən qoruyur.
19. Aşiq olmağa və sevgini qorumağa imkan verir. Sevgi əzabını azaldır.
20. Dövrümüzün ən böyük problemi depressiyadan qoruyur. Gündəlik həyatın streslərinin öhdəsindən ən sadə və davamlı gəlməyə kömək edir.