10 Dekabr 2019 16:09
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

6 dekabr 2019-cu il tarixindən AZGREEN Mühəndislik və Ətraf Mühit Xidmətləri şirkətinin və Bakı Xəzər Rotari Klubunun birgə təşkilatçılığı, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı Səfirliyinin, Park Bulvar Ticarət Mərkəzinin və Azersun Holdinqin dəstəyilə Park Bulvar Ticarət Mərkəzində “Plastik tullantılardan Yeni il ağacının hazırlanması” layihəsinə start verilib.

Teleqraf.com xəbər verir ki, yeni il ağacının hazırlanması prosesində ABŞ-ın Azərbaycandakı səfirinin müavini cənab Maykl Dikerson da iştirak edib.

Layihənin məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin qorunmasına yönləndirmək, cəmiyyəti tullantıları düzgün idarə edilməsi istiqamətində maarifləndirmək, həmçinin tək istifadəlik plastik əşyalardan istifadənin azaldılmasını, alternativ və bərpa olunan enerji mənbələrindən istifadəni və sağlam həyat tərzini təbliğ etməkdir.


Müəllif: Teleqraf.com