11 Dekabr 2019 11:22

Bakının Səbail rayonunun bəzi ərazilərində su olmayacaq.

“Azərsu” ASC-dən Teleqraf.com-a verilən məlumata görə, Səbail rayonu ərazisində magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 11 dekabr 2019-cu il tarixində gün ərzində Badamdar qəsəbəsi və 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.


Müəllif: Teleqraf.com