11 Dekabr 2019 13:07
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakıya metrobus xəttinin çəkilməsi hələ ki bir ideya olaraq irəli sürülüb”.

Bunu Teleqraf.com-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, bu məsələ həm texniki baxımdan, həm də digər aspektlərdən dəyərləndirilməlidir: “Müzakirələrdən sonra bu nəqliyyat vasitəsinin olub-olmamasına qərar veriləcək. O vaxta qədər sərnişinlərin daha sıx getdiyi ərazilər araşdırılmalıdır.”

Qeyd edək ki, metrobus metro və avtobusun birləşməsi olan ictimai nəqliyyat vasitəsidir. Rezin təkərlər ilə ayrılmış xüsusi zolaqlarda işlədiyi üçün nəqliyyatda sürətlə hərəkət edir. Standart avtobuslarla müqayisədə daha çox sərnişin tutumuna malikdir, daha rahat və daha sürətlidir.

Bu yaxınlarda KİV-də Bakı şəhərində metrobus xəttinin çəkiləcəyi haqda məlumat yayılmışdı.


Müəllif: Aysel Azad