12 Dekabr 2019 16:20
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) konfrans zalı bağlanıb.

Bu barədə Axar.az-a daxil olan məlumatda qeyd edilib ki, konfrans keçirmək üçün BMM-ə müraciət etsələr də, mərkəzdən tədbirlərlə bağlı sifarişi hələlik qəbul etmədiyiklərini bildiriblər.

Məsələ ilə bağlı BMM-in əməkdaşı qeyd edib ki, mərkəzin konfrans zalı bir müddətlik təşkilatlardan birinə icarəyə verilib:

“Hazırda bizim başqa təşkilatla müqaviləmiz var. Bu müqaviləyə əsasən, 2020-ci ilin yanvar ayının əvvəllərinə qədər konfrans zalımız həmin təşkilata təhvil verilib. Bu səbəbdən bir müddətlik digər tədbirləri qəbul etməyəcəyik”.


Müəllif: Teleqraf.com