12 Dekabr 2019 16:47
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Anam nə məni, nə də evi tanıyır”.

Teleqraf.com xəbər verir ki, bu sözləri 5/5 verilişində xalq artisti Könül Xasıyeva deyib.

O, Şəkidə yerləşən ata evini satışa çıxardığını açıqlayıb: “Anam təkdir, 81 yaşı var. Biz uşaqlar hər birimiz 15-15 gün gedib qalırıq. Bizə çətin olur. Anam gələndən sonra heç kim qalmayacaq. Sabah qardaşım anamı gətirməyə gedəcək. Çünki evi də tanımır. Əvvələr Bakıya gəlmirdi”.

Könül Xasıyeva evinin təmirli olduğunu da deyib: “Bir mərtəbəli evdir. Keçən il yaxşı təmir elətdirdim. Qiymətləndirmə oldu və 75 min dollara satışa qoyublar, oranı sata bilsəm bağ evi tikdirəcəm”.


Müəllif: Rəqsanə Həsənova