13 Dekabr 2019 22:57
412
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət naziri Əbülfəs Qarayev dekabrın 13-də Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqi qəbul edib.

Teleqraf.com xəbər verir ki, görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

Əbülfəs Qarayev Azərbaycan və Almaniya arasında, bir çox sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də münasibətlərin inkişaf etdiyini bildirərək indiyədək görülən işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən layihələr haqqında məlumat verən nazir Almaniya tərəfini birgə əməkdaşlıqda fəal olmağa dəvət edib. Əbülfəs Qarayev müasir incəsənət, teatr, musiqi sahələrində qarşılıqlı mübadilənin həyata keçirilməsinin bu əməkdaşlığa əhəmiyyətli təsirini diqqətə çatdırıb.

Görüşdə qeyd olunan təkliflər və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com