14 Dekabr 2019 18:38
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qışda dərimiz kimi saçımızın da soyuq, yağış və havanın çirklənməsi səbəbindən əlavə qulluğa ehtiyacı olur.

Teleqraf.com saça qulluq edərkən diqqət olunmalı məqamları sizə təqdim edir.

Qışda hər gün saçınızı yumaqdan çəkinin. Saçın tez-tez yuyulması təbii yağlanmanın qarşısını alaraq quruluğu artırır və nəticədə saçları qırır.

Saçınızı isti su ilə yumayın. Saç diblərində və saçın üstündə turşu və lipid təbəqələri var. Saç isti su ilə yuyulursa, qoruyucu təbəqə əriyəcək.

Kimyəvi məhsullardan istifadə etməyin. Bu məhsullar qısa müddətdə yaxşı nəticələr versə də, saçlarınızın sağlamlığına mənfi təsir göstərəcək.

Sabun düşündüyünüz qədər faydalı deyil. Sabunların tərkibində qələvi var, baş dərisini qurudur, göbələk və bakteriya istehsalına səbəb olur. Saç tipinizə görə şampunlar seçin.

Yuduqdan sonra saç kremimdən istifadə edin. Saç kremi saçları qidalandıraraq gücləndirəcək.

Saç qurutma feninə diqqət yetirin! Saçınızı qurutmaq üçün pambıq dəsmaldan istifadə edin. Dəsmallardan istifadə etmək həmişə mümkün olmur. Fendən istifadə edərkən yüksək temperaturda işləməməyə çalışın.

Qışda yüngül boyalardan çəkinin. Saçınızı boyamaq istəyirsinizsə, xüsusilə qışda yüngül boyalardan çəkinin. Təbii rənginizə yaxın boyalar seçmək saçlarınız üçün daha yaxşı olar.

Boyadan sonra saçınızı keratin baxımı ilə gücləndirin. Boyalar üçün çox istifadə olunan məhsullar təbii rəng piqmentlərini aradan qaldıraraq yeni rəng yaradır.

Saçlarınızı tökülməyə qarşı qidalandırın. Əgər saç tökülməsi ilə bağlı problemləriniz varsa, saçlarınızı qidalandırmaq üçün dermatoloqun tövsiyə etdiyi biotin, sink, selenium, metionin, E, B və D vitaminlərindən də istifadə edin.

Sağlam saçlar üçün qidalanmanıza diqqət edin. Bol su, tərəvəz, meyvə, süd məhsulları və kifayət qədər protein istehlak edin. Həddindən artıq yağlı və duzlu qidalar saçlarınıza zərər verə bilər. Siqaret və alkoqol məhsulları saç sağlamlığına birbaşa təsir edir.


Müəllif: Aysel Azad