16 Dekabr 2019 11:42
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 15-də Bakı Gənclər Mərkəzində Böyük Dayaq İctimai Birliyinin (BDİB) təşkilatçılığı ilə "Azərbaycan inciləri" adlı tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbir Nəsimi ilinə, Emin Sabitoğlu ilə Oqtay Ağayevin yubileyinə və BDİB-in 2 illiyinə həsr olunub.

Tədbirdə təhsil işçiləri ilə yanaşı, sabiq millət vəkilləri və müğənnilər iştirak edib. Konsert proqamında Emin Sabitoğlunun bəstələri, Oqtay Ağayevin mahnıları gənc istedadların ifasında səsləndirilib. Sonda “İmadəddin Nəsiminin Dərbəndi görüşü” tamaşası oynanılıb və şairin “Sığmazam” qəzəli xor şəklində ifa olunub.

Konsertdən əldə olunan gəlir BDİB-in xərclərinə sərf olunacaq.

Qeyd edək ki, Böyük Dayaq İctimai Birliyi Qarabağ qaziləri və şəhid ailələrinin övladlarını könüllü müəllimlər tərəfindən təmannasız olaraq ali məktəblərə hazırlayır. Fəaliyyət göstərdiyi iki il ərzində 40 abituriyentindən 34-ü tələbə adını qazanıb.


Müəllif: Aysel Azad