16 Dekabr 2019 16:43
402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 18-də Bakıda Milli Məclisin ev sahibliyi ilə Türkdilli ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 9-cu plenar iclası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, iclasdan öncə Assambleya Şurasının toplantısı olacaq, təşkilata sədrlik Türkiyə Böyük Millət Məclisindən Azərbaycan Respublikasının Milli Məclisinə təhvil veriləcək.

Tədbirdə üzv ölkələrin parlament sədrlərinin rəhbərliyi ilə nümayəndə heyətləri, o cümlədən Türk əməkdaşlıq qurumları və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.

Plenar iclasın gündəliyinə TÜRKPA daimi komissiyalarının iclaslarının hesabat məruzələri və tövsiyə qərarları, model qanunların qəbulu, Qazaxıstan Respublikasında keçirilən növbədənkənar Prezident seçkilərinə dair qurumun beynəlxalq müşahidəçi missiyasının hesabatı, eləcə də təşkilatın hüquqi sənədlərinin qəbulu daxildir.

Sonda Bakı Bəyannaməsi qəbul ediləcək.


Müəllif: Cavad