22 Sentyabr 2014 10:55
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər Fondunun dəstəyi ilə Bakıda ilk dəfə Gənclərarası Müasir Polo yarışması keçirilib.

Fonddan Teleqraf.com-a verilən məlumata görə, bu layihənin keçirilməsində məqsəd gəncləri kreativ və qeyri-adi tərzdə qədim Azərbaycanda yaranmış olan Çovqan-Polo oyunu ilə bağlı məlumatlandırmaq və bu oyun üzrə yarışma təşkil etməkdən ibarət olub.

Layihənin rəhbəri Seymur Nuriyevin sözlərinə görə burada yarışmaya müasirlik və maraq qatan - yarışda atların əvəzinə velosipedlərin istifadəsi olub:

“Bütün iştirakçılar at əvəzinə velosipedlərlə təchiz olunmuşdu. Yarışmada hər birində 3 nəfər olmaqla 8 komanda iştirak edirdi. Bu komandalar arasında olimpiya sistemi üzrə yarış təşkil olundu”.

Xatırladaq ki, sonda qaliblər layihə təşkilatçıları və Azərbaycan Gənclər Fondu tərəfindən qiymətli hədiyyələrlə təltif olunub.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər