22 Sentyabr 2014 20:56
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özəl tibb müəssisələrində kadr işinin və əmək münasibətlərinin qanunvericiliyə uyğun təkmilləşdirilməsi məqsədilə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Lisenziyalaşdırma və Akkreditasiya şöbəsi “Tibb müəssisələrində kadr işinin təşkili” mövzusunda təlim təşkil edir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, təlim özəl tibb müəssisələrinin rəhbərlərin və kadrlar üzrə mütəxəssisləri üçün nəzərdə tutulur. Təlimin mövzusu kadr işinin təşkili, işçi heyətin şəxsi işlərinin formalaşdırılması qaydaları, işçi heyətlə əmək münasibətlərinin qanunvericiliyə əsasən tənzimlənməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində tibbi praktika ilə məşğul olması şərtləri və qaydaları, xaricdə təhsil almış şəxslərin diplomunun nostrifikasiyası qaydaları, həkim və orta tibb işçilərinin sertifikasiya qaydaları, özəl tibb müəssislərində çalışan tibb heyətinin Vahid Registrdə qeydiyyat qaydası, həkim və orta tibb işçilərinin təkmilləşdirmə kurslarına göndərilmə qaydaları – elektron müraciət, elektron əmək müqaviləsi, elektron sağlamlıq kartları- elektron müraciətdən ibarətdir.

Naibə


Müəllif: