1 Yanvar 2020 20:48
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən etibarən bayram günlərində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası və Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyasının tibbi yardım briqadaları bütün sutka ərzində gücləndirilmiş iş rejimində çalışacaqlar.

Bu barədə Teleqraf.com-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, briqadalar lazımi avadanlıq və dərman vasitələri ilə tam təchiz olunub və bütün çağırışlar vaxtında yerinə yetiriləcək.

Bununla yanaşı, TƏBİB rəhbərliyi yerlərdə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarında olaraq işin təşkili ilə tanış olub və öz tapşırıq və tövsiyələrini verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər