2 Yanvar 2020 12:01
385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Yazıçılar Birliyinin 2019-cu ilin ən yaxşı yazarı mükafatlarının sahibləri bəlli olub.

Teleqraf.com xəbər verir ki, Yazıçılar Birliyində keçirilən mərasimdə mükafatlar yeni sahiblərinə təqdim olunub.

Mükafatçıların adları belədir:

Ən yaxşı hekayə yazarı: Emin Gürdamur “Hamıdan sonra gələn” kitabına görə

Şeir: Hakan Şardəmir “Fitnə” kitabına görə

Roman: Burcu Güvən “Aləmi misal rəhbəri” əsərinə görə

Həvəsləndirici: Müəmmar Ulutürk “Rəsmnamə” kitabına görə

Fəlsəfə: Əhməd Dəmirxan “Quruluş spiralından xilas olmaq: Osmanlı və baxış bucağı” kitabına görə

Araşdırma: Murad Bardakçı “Dövlət əməliyyatı: 19 May” əsərinə görə

Axtarış: Şəfaəddin Sevərcan “Məhəmməd peyğəmbər – İslama dəvət”, “Dövlətdən dövlətə”, “Dövlətdən mədəniyyətə” kitablarına görə

Dil: Əli Özgün Öztürk “Dil inqilabının türk dilinə təsirləri” kitabına görə

Ədəbi tənqid: Hüseyn Etil, İsmət Özəl və Partizan Aynı


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər