Professor Rəfail Əhmədlinin oğlu zəhərlənmədən dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə təhsil eksperti Etibar Əliyev sosial şəbəkədə məlumat yayıb.
Onun sözlərinə görə, 28 yaşlı Rüfət Əhmədli təxminən iki həftə əvvəl zəhərlənib: "Ailə üzvləri əlamətlərindən onun botulizm (ev şəraitində hazırlanan konservləşdirilmiş qidalardan yaranan zəhərlənmə) xəstəliyindən əziyyət çəkdiyini bilməsələr də, Rüfəti xəstəxanaya yerləşdiriblər. Buna baxmayaraq Rüfət Əhmədli vəfat edib".
Rafail Əhmədli Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fәlsәfә vә Hüquq İnstitutunda çalışır. Əvvəllər Prezident yanında Ali Attestasiya Komissiyasında (AAK) şöbə müdiri olub.