4 Yanvar 2020 18:10
2 482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saç tökülməsi həm kişilərin, həm də qadınların hər yaş dövründə qarşılaşacağı problemdir.

Teleqraf.com xəbər verir ki, qadınlarda saç tökülməsinin səbəbləri müxtəlifdir, lakin kişilərdə saç tökülməsi əsasən genetik meyldən qaynaqlanır.

Kişilərdə saç tökülməsinə səbəb olan faktorlar

Sağlam və yetkin bir kişinin təqribən 150.000 saç teli var. Hər gün 80-120 arasında saç telinin tökülməsi normal sayılır. Kişilərdə üç əsas amil saç tökülməsində təsirli olur.

- Genetik meyl

- Kişi hormonu testosteron

- Qocalmaq

Kişilərdə saç tökülməsinin 90 faizinin səbəbi genetik amildir.

Kişi hormonu testosteron saç follikullarında aktiv hormondur. Bəzi kişilərdə saç follikulundakı keratin testosterona qarşı daha həssasdır və bu kişilərdə saç tökülməsi daha çox olur. Bu irsi xüsusiyyətlər ilə müəyyən edilir. Saç tökülməsinin səbəbi testosteronun çoxluğu deyil, yalnız mövcudluğu və saç qabığının testosterona qarşı həssaslığıdır.

Qocalma kişilərdə saç tökülməsinin təbii səbəbidir. İnsan doğulduğu andan qocalmağa başlayır. Saç hüceyrələri də bu təbii prosesdən öz paylarını alır.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər