İranın Qərbi Azərbaycan əyalətinin Təhsil İdarəsi Nəqədə və Piranşəhr bölgələrindəki məktəblərdə günorta növbəsinin tətilə buraxılacağı barədə məlumat yayıb.
Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, sinoptiklərin güclü qar yağacağı və havanın temperaturunun kəskin aşağı düşəcəyilə bağlı proqnozundan sonra qeyd edilən şəhərlərdə məktəbəqədər hazırlıq müəssisələrinin və ibtidai siniflərdə günorta növbəsinin tətilə buraxılması qərara alınıb.
Qərbi Azərbaycanın Hidrometeoroloji Proqnozlar Bürosu bu gündən etibarən əyalətə soyuq hava kütlələrinin daxil olacağı və nəticədə güclü qar yağacağı ilə bağlı xəbər yayıb.