Azərbaycanda ödәniş kartlarının sayı artıb.
Teleqraf.com Mərkəzi Banka istinadən xəbər verir ki, ödәniş kartlarının sayı 7.5 milyon, bankomatların sayı 2.6 min әdәdә, POS-terminalların sayı 65.2 min әdәdә çatıb.
Ödәniş kartlarının 18.1 faizi tәmassız kartlardır. Ötәn illә müqayisәdә bankomatların sayı 2.2 faiz, tәmassız POS-terminallar 35 faiz artıb. Ödәniş kartları ilә bütün vasitәlәrlә aparılan nağdsız ödәnişlәrin hәcmi 57 faiz, o cümlәdәn elektron ticarәt әmәliyyatlarının hәcmi 93 faiz artıb.
Ölkә daxilindә kartlarla aparılan nağdsız ödәnişlәrin xüsusi çәkisi son beş ildә 8 faizdәn hazırda 20faizә kimi yüksәlib.