7 Yanvar 2020 10:41
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu ildə Azərbaycanda 13 min zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yeraltı təkanlardan 6 minə qədəri yerli, 7 minə qədəri isə regional zəlzələrdir:

"Azərbaycan ərazisində baş verən zəlzələrin 84-nün maqnitudası 3-dən yuxarı olub. Ötən il Azərbaycanda ən güclü zəlzələ (5,2 bal gücündə) fevralın 5-də Şamaxı-İsmayılı-Ağsu ərazisində qeydə alınıb. Fevralın 13-də həmin ərazidə daha bir güclü zəlzələ olub. Avqust ayında 4,9 bal gücündə daha bir güclü zəlzələ isə Zaqatalada olub"./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər