7 Yanvar 2020 14:02
3 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ehtimal olunan savaşda Cənubi Qafqaz ölkələri, ilk növbədə ABŞ və İrana münasibətdə mövqelərini daha dəqiq müəyyənləşdirməli olacaq. Neytral mövqe tutmaq heç bir şəkildə işə yaramayacaq. Digər yandan, müharibə edən tərəflərdən birinə kömək etməyin digərinə zərər verməsi kimi qəbul edilə biləcəyi ehtimalı da böyükdür. Buna görə də düşünürəm ki, bölgə dövlətləri açıq formada savaşda yer almayacaq və ya cəlb olunmayacaqlar”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Perençiyev deyib.

Ekspert region ölkələri - Azərbaycan, Gürcüstan və Ermənistanda fars diasporunun fəaliyyət göstərdiyinə diqqət çəkib:

“Cənubi Qafqaz dövlətlərinin ərazisində - ilk növbədə, Gürcüstan, Ermənistan və Azərbaycandan danışırıq, ABŞ və İran vətəndaşları, ya da fars diasporu var. Yəni bu sosial qruplar arasında Cənubi Qafqaz ərazisində gizli bir müharibə aparıla bilər.

Başqa bir tərəfdən, casus qalmaqalları və açıqlamalarının çoxalması ehtimalı böyükdür”.

“İranın Ermənistanın dostu, İsrailin isə Azərbaycanın müttəfiqi olduğunu nəzərə alsaq, bu bölgə ölkələri ABŞ-İran münaqişəsinə cəlb olunmayacaqmı” sualına isə Perinçiyevin cavabı belə olub:

“Hər şey rəsmi İrəvanın və rəsmi Bakının diplomatiyasının qurulmasından asılı olacaq. Nə Azərbaycan, nə də Ermənistan bu ölkələrin təsiri altındadır, onlar müttəfiq olduqlarından asılı olmayaraq suveren dövlətlərdir. Hər iki dövlətin müharibəyə cəlb olunmayacağını düşünürəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər