7 Yanvar 2020 17:23
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 7-də Naxçıvan Muxtar Respublikasının bəzi mərkəzi icra hakimiyyəti orqanlarının yenidən təşkil edilməsi barədə fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi Dövlət Vergi Xidmətinə çevrilib.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə, Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə çevrilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər