Aliyə Quliyeva qızı Nərminin baş daşının və qəbirüstünün mərmərdən olmasını istəyir. Bunun üçün mütləq o ailəyə dəstək göstərəcəyik.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib. O bildirib ki, A.Quliyeva işlə də təmin olunacaq:
"Aliyə Quliyeva övladlarına daha çox zaman ayırmaq üçün kənddə işlə də təmin olunmaq istəyir. Buna görə o, ictimai işlə təmin olunacaq ki, həm aylıq maaş ala bilsin, həm də uşaqlarının yanında daha çox zaman keçirsin. Belə işlə təmin olunması onun gələcəkdə pensiya təminatına da öz təsirini göstərsin. Rayon çərçivəsində ailəyə əlimizdən gələn dəstəyi göstərəcəyik”.