Şəmkir rayonunda itkin düşən qız tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Şəmkir rayon sakini, 2002-ci il təvəllüdlü Xəyalə Həsənova yanvarın 6-da Şəmkir rayonu Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onun Sumqayıt şəhərində olduğu müəyyən edilərək ailə üzvlərinə təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir./Report/