10 Yanvar 2020 12:53
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nərminin qatili olduğu deyilən İlkin qohum deyil, yaxınlıqda yaşayan İlkin adlı şəxsdir.

Bu sözləri Axar.az-a açıqlamasında Tovuzun Dondar Quşçu kəndində qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın əmisi Lətif Quliyev deyib. O bildirib ki, hazırda İlkindən izahat alınır:

“Onun qatil olması haqda bizdə məlumat yoxdur”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə Teleqraf.com-a açıqlamasında Nərmin Quliyevanın qatilinin saxlanılması haqda yayılan məlumatların doğru olmadığını deyib.

Qeyd edək ki, mətbuatda Nərmin Quliyevanın qatilinin onun qohumu - 36 yaşlı İlkin adlı şəxs olması və saxlanılması barədə məlumat yayılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər