Xəbər verdiyimiz kimi Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən şəxs tutulub.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən Teleqraf.com-a bildirilib ki, ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, eləcə də Nərmin Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.