12 Yanvar 2020 10:53
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında qərar qəbul edib.

Teleqraf.com xəbər verir ki, İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi növündən asılı olaraq tibbi xidmətlərin göstərilməsi şərtlərini, müştərək maliyyələşmə məbləğlərini, habelə gözləmə müddətlərini müəyyən edir.

Bundan başqa sığortaolunanlara icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər (təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla) Qanuna uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış tibb müəssisələrində və (və ya) həmin müəssisələrin göndərişi əsasında göstərilir.

Belə ki, sığortaolunanlara icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər tibbi göstəriş olduğu hallarda göstərilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər