14 Yanvar 2020 11:07
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Feysbuk (Facebook.com) sosial şəbəkəsinin rəhbərliyinə ilk dəfə türk xanım gətirilib.

Teleqraf.com xəbər verir ki, sosial şəbəkənin uzun illər Türkiyə üzrə rəhbəri olan Dərya Matraş bundan sonra şirkətin Yaxın Şərq, Afrika və Türkiyə region rəhbərinin müavini postunda işləyəcək.

Bu vəzifə ilə yanaşı türk xanım Facebbok, İnstagram, WhatsApp və Messenger kimi müasir ünsiyyət vasitələrinin bölgədəki fəaliyyətinə cavabdeh olacaq. Xanım Matraş eyni zamanda Facebbok-un Türkiyə direktorluğunu davam etdirəcək.

Dərya Matraş eyib ki, inkişaf potensialına sahib Türkiyənin Feysbuk üçün önəmini hər fürsətdə təkrarlayır: “İndi yeni vəzifəmlə birlikdə bu zəngin coğrafiyadak fəaliyyətdən cavabdeh olmaq, insanların həyatlarına müsbət təsir göstərmək, milyonlarla insana dəstək olmaq niyyətindəyik”.

Qeyd edək ki, Dərya Matraş milliyyətcə tütrkdür. Boğazçı Universitetinin elektrik mühəndisliyi fakultəsini bitirib. Olivr Wyman, McKinsey Company kimi beynəlxalq şirkətlərdə çalışıb. Facebbok.com sosial şəbəkəsinə qoşulmazdan öncə Doğan Holdinqdə çalışıb.

Dərya Matraş 2019-cu ildə Türkiyənin ən güclü qadın siyahısında ilk onluqda olub. Fortune Türkiyənin “40 yaşa qədər olan 40 qadın” siyahısında olub.


Müəllif: Cavad

Oxşar xəbərlər