14 Yanvar 2020 16:22
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onlayn alış-veriş dövrümüzün asılılıqlarından biri olduğu qədər, həyatımızı asanlaşdırdığını da danmaq olmaz. İnsanlara çeşid bolluğu təqdim etdiyinə görə internet alış-verişinə tələbat yüksəkdir. Bizi rahatlıq və komfortla təmin edən bu alış-veriş növü büdcəmizə təsirsiz keçmir.

Teleqraf.com onlayn alış-veriş zamanı diqqət etməli olduğunuz məqamları sizə təqdim edir.

Etibarlı sayt seçimi

Alış-verişə başladığınız saytın etibarlı olmasına diqqət edin. Böyük alış-veriş mərkəzlərinin tərkibində fəaliyyət göstərən onlayn satış platformaları istehlakçı hüquqları və məhsul dəyişikliyi kimi geniş xidmətlər təqdim edir.

Sürprizlərə diqqət yetirin

Onlayn alış-veriş saytlarının endirim kampaniyaları olduqca cəlbedicidir. Ancaq məhsulların harada və kim tərəfindən satıldığına diqqət yetirmək lazımdır. Əks təqdirdə, sifarişiniz çatdırıldıqda açdığınız qutudan təzə meyvə-tərəvəzin çıxması mümkündür.

Şərhlərə diqqət edin

İnternet alış-verişində yalnız veb saytdakı məhsulları nəzər yetiririk. Tələblərimizə cavab verən düzgün məhsulu almaq üçün şərhlər qismində istifadəçi rəylərinə baxmaq tövsiyə olunur. Bu, sifariş veriyiniz məhsul barədə sizdə fikir formalaşdırır.

Təhlükəsizlik tədbirləri

Onlayn alış-veriş saytları şəxsi məlumatlarınızı və bank məlumatlarınızın gizliliyini qoruyur. Ancaq kredit kartınızın şifrəsinin asanlıqla ələ keçirilməyən parol olması vacibdir.

Qarışıq şifrələri qırmaq həmişə daha çətindir. Buna görə doğum tarixiniz kimi asanlıqla tapılan şifrələrdən çəkinin.

Satış müqaviləsi

Satış müqaviləsi internet alış-verişinin ən vacib elementlərindən biridir. Alıcı məlumatlarının təhlükəsizliyinə təminat verən satış müqaviləsinin mövcudluğuna diqqət yetirin. Alış-veriş etdiyiniz saytda satış müqaviləsi yoxdursa, satışdan imtina etməyiniz daha doğru olar.

Virtual həll

Alış-veriş zamanı kart məlumatlarınızı vermək istəmirsinizsə, onlayn alış-verişi dəstəkləyən virtual kartlardan istifadə edə bilərsiniz. Müəyyən miqdarda pulun köçürüldüyü bu virtual kartlar məlumatlarınızın ələ keçirilməsinin və əlavə xərclərin qarşısını alır.


Müəllif: Aysel Azad