16 Yanvar 2020 20:13
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Konstitusiyasına dəyişikliklərə dair ümumrusiya səsverməsi bu il mayın 1-dək keçirilməlidir.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS agentliyinə Federasiya Şurasındakı mənbə bildirib.

Mənbə qeyd edib ki, may ayınadək Konstitusiyaya dəyişikliklərə dair qanun layihələri üzrə könüllü ümumrusiya səsverməsi keçiriləcək.

Ehtimal edilir ki, səsvermə bazar günlərindən birinə salınacaq. Qanun layihələrinin Dövlət Dumasının müzakirəsinə fevral ayında çıxarılacağı gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər