Ötən il əcnəbilərlə nikaha daxil olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.
Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2019-cu ildə Azərbaycan Respublikasının vətəndaşları (1.160 qadın, 1.110 isə kişi) ilə əcnəbilər və vətəndaşlığı olmayanlarla 2.270 nikah bağlanıb, habelə 187 nikahın pozulması qeydə alınıb.
Eyni zamanda qeyd olunub ki, 2019-cu ildə Azərbaycanda 63.724 nikah, 17.301 isə nikahın pozulması dövlət qeydiyyatına alınıb./Report/