24 Yanvar 2020 16:24
389
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayonu Şəhər şosesində içi politilen materialı ilə dolu “Mersedes” hərəkətdə olarkən banındakı yük avtomobil yoluna dağılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, hadisə yerinə Sabunçu rayon Polis İdarəsi DYPŞ-nin əməkdaşları cəlb olunub və nəqliyyat vasitələrinin rahat, maneəsiz hərkəti təmin edilib.

Baş Polis İdarəsi avtomobil sahiblərinin və sürücülərinin nəzərinə çatdırırıb ki, yükdaşıma qaydalarına riayət etsinlər.


Müəllif: Teleqraf.com