1 May 2014 17:03
1 860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda rus dilində nəşr olunan “Zerkalo” qəzeti fəaliyyətini dayandırır.

Teleqraf.com-un xəbərinə görə, 1988-ci ildən gündəlik nəşr olunan qəzetin fəaliyyəti mayın 6-dan dayandıracaq.

Başqa bir mənbənin məlumatına görə isə həmin tarixdən etibarən qəzet həftədə 1 dəfə nəşr olunacaq.

Qəzetin baş redaktoru Elçin Şıxlıdır. Onun rəhbərlik etdiyi “Ayna” qəzeti bir neçə il əvvəl fəaliyyətini dayandırıb.

E. Şıxlı bildirib ki, maliyyə problemləri ilə əlaqədar "Zerkalo" bundan sonra həftədə bir dəfə işıq üzü görəcək. "Müsətqil şəkildə, yalnız satışdan əldə edilən gəlirlər gündəlik qəzet buraxmaq və həm də qazanmağın mümkün olmadığını görürük. Buna görə də dövriliyimizi azaltmaq qərarına gəlmişik".

Elçin Şıxlı əlavə edib ki, Rauf Mirqədirovun həbsi qəzetin işinə təsir göstərib.

Teleqraf.com


Müəllif: