26 Yanvar 2020 14:14
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə zəlzələ zonasından Azərbaycan vətəndaşlarının təxliyəsi prosesi başa çatıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Türkiyədən azərbaycanlı tələbələri və digər Azərbaycan vətəndaşlarını gətirən avtobusların hər üçü Naxçıvana çatıb.

Bundan sonra Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Naxçıvana gələn xüsusi təyyarə reysi ilə həmin şəxslə Bakıya uçacaqlar.

Qeyd edək ki, 105 azərbaycanlı təxliyə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər