9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa müstəqil namizəd Günel Səfərova Xutor qəsəbəsində seciçilərlə görüşüb.
Görüşdə Xutorda yaşayan əhali evlərinin sənədsiz olmasından, infrastrukturun doğru işləməməsindən, kanalizasiya sularının evlərinə dolmasından və s şikayət edib. Eyni zamanda millət vəkillərinin kim olduğunu bilmədiyini xüsusi qeyd edən xutorlular seçkidə Günel Səfərovaya səs verəcəyini bildirib.