Azərbaycanda “Gəmiqaya” adlı yeni qəzet açılır.
Bunu AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmənin Rəyasət Heyətinin iclasında deyib.
O bildirib ki, AMEA-nın Naxçıvan Bölməsinin “Gəmiqaya” adlı qəzetinin nəşr edilməsi ilə bağlı qərar qəbul olunub.
İ.Hacıyev vurğulayıb ki, bölmənin mətbu orqanı olan “Elmi əsərlər” jurnalının redaksiya heyətinin tərkibində də qismən dəyişiklik edilib./Report/