Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə yəhudilərin yeni il bayramı - Roş-xa-Şana münasibətilə Azərbaycanda yaşayan Dağ Yəhudiləri icmasının sədrinə təbrik məktubu ünvanlayıb.
Teleqraf.com QMİ-nin mətbuat xidmətinə istinadən xəbərinə görə, Azərbaycanda yaşayan Dağ Yəhudiləri icmasının sədri Melih Yevdayevə ünvalanan məktubda qeyd edilir ki, Azərbaycanda yaşayan bütün dağ yəhudilərini əziz bayramınız – Roş-xa-Şana münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə O Bir Olan Yaradandan can sağlığı, rifah və səadət diləyirəm: “Yəhudi təqvimi ilə yeni ilin başlanğıcı sayılan bu bayram günündə Azərbaycan müsəlmanları öz yəhudi qardaşlarına sinaqoqlarda şofar sədaları altında ibadət və dualarının qəbul olmasını arzulayır, bayram süfrəsi ətrafında etdikləri bütün xoş niyyətlərinin həyata keçməsini diləyirlər.
Şükürlər olsun ki, Azərbaycanı öz Vətənləri sayan dağ yəhudiləri bu mübarək bayramı həmişə olduğu kimi, bu il də könül xoşluğu və sevincli əhval-ruhiyyə ilə qarşılayırlar. Qoy Uca Yaradan bu yeni il Azərbaycan yəhudilərinə yeni uğurlar bəxş etsin!”
BƏXTİYAR