28 Yanvar 2020 11:39
382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsimi rayonunun bəzi ərazilərində suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə "Azərsu" ASC-nin mətbuat xidmətindən Teleqraf.com-a məlumat verilib.

Bildirilir ki, Bakı şəhəri Nəsimi rayonu ərazisində yeni yaradılmış içməli su şəbəkəsinin istismara verilməsi və köhnə xətlərin ləğvi ilə əlaqədar 28 yanvar 2020-ci il tarixində gün ərzində 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər